AZ

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Hazırda xilasetmə və axtarış tədbirlərinin davam etdiyi bildirilib.

İtkin düşənlərin dəqiq sayı məlum deyil.

Məlumata görə, güclü yağışların avqustun 21-ə kimi davam etməsi gözlənilir.

Milli.Az

 
Seçilən
48
36
milli.az

10Mənbələr