AZ

“Qarabağ”a qol vurdu, Qurban Qurbanovun diqqətini çəkdi, I Liqaya üz tutdu

“Şkendiya”nın yarımmüdafiəçisi Fabris Tamba özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la görüşlərində effektiv performans göstərən və Qurban Qurbanovun diqqətini cəlb etdiyi iddia olunan seneqallı Türkiyədə oynayacaq.

O, 1-ci liqada mübarizə aparan “Amedspor”la anlaşıb.

Tamba Bakıda keçirilmiş "Qarabağ" - "Şkendiya"(5:1) görüşündə komandasının yeganə qolunu vurmuşdu.

Tamba karyerası ərzində“Sportinq Kovilya”, “Beyra-Mar”, “Braqa B" və "Şkupi”də çıxış edib.

Seçilən
66
50
sportinfo.az

10Mənbələr