Macarıstan "Ferentsvaroş"unun futbolçusu Raul Qustavo ABŞ-ın "Nyu York Siti" klubuna keçib.
"Football-plus.az" Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisinin transferi "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off matçlarından öncə gerçəkləşib.
Braziliyalı oyunçu qarşıdakı görüşlərin iştirak ərizəsinə daxil edilməyib.
Raul Qustavo "Ferentsvaroş"a 2024-cü ilin yayında gəlib. O, ötən ilin oktyabrında ciddi zədə alaraq, Macarıstan çempionatının 9 turunu buraxmalı olub. "Sambaçı" paytaxt komandasında ümumilikdə 31 oyun keçirib və ölkə çempionu titulunu qazanıb.
Xatırladaq ki, "Ferentsvaroş" "Qarabağ"a qarşı ilk oyununu avqustun 19-da evdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta