Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində fındığ yığmaga gedən fəhlələri aparan "Ford" markalı avtomobil "Chevrolet” markalı avtomobi ilə toqquşub.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alan 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.