AZ

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb: Vaşinqtona səfər planlaşdırılır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiya liderlərinin Alyaska görüşündən sonra ABŞ prezidenti Donald Trampla “uzun və mənalı” söhbət etdiyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram"da məlumat verib.

O qeyd edib ki, əvvəlcə Trampla bir saatdan çox təkbətək danışıb, daha sonra söhbətə Avropa liderləri də qoşulub. Ümumilikdə saat yarımdan çox danışdılar.

“Ukrayna bir daha təsdiq edir ki, sülh naminə mümkün qədər məhsuldar işləməyə hazırdır. Prezident Tramp mənə Rusiya lideri ilə görüşü, söhbətin əsas məqamları barədə məlumat verdi. Amerikanın gücünün vəziyyətin inkişafına təsir etməsi vacibdir”, - deyə Zelenski yazıb.

O qeyd edib ki, Ukrayna Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyir, çünki əsas məsələlər yalnız liderlər səviyyəsində müzakirə oluna bilər. Zelenski Trampın dəvəti ilə Vaşinqtona səfər edəcəyini də bildirib. "Bazar ertəsi Vaşinqtonda prezident Trampla qətllərə son qoymaq, müharibəyə son qoymaqla bağlı bütün detalları müzakirə edəcəyəm. Dəvət üçün təşəkkür edirəm", - deyib.

O, həmçinin Amerika ilə birlikdə təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi üçün avropalıların bütün mərhələlərdə iştirakının vacibliyini vurğulayıb. "Biz Amerika tərəfinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakla bağlı müsbət siqnallarını müzakirə etdik. Biz mövqelərimizi bütün tərəfdaşlarla əlaqələndirməyə davam edirik", - deyə Zelenski yazıb.

"The Economist" xəbər verib ki, Alyaskada keçirilən sammit zamanı Tramp və Putin liderlərin üçtərəfli görüşündən əvvəl “hava atəşkəsi”nə dair ilkin razılığa gəliblər.

Öz növbəsində respublikaçı senator Lindsey Graham Rusiya-Ukrayna müharibəsinin ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüş baş tutacağı təqdirdə, Milad bayramına qədər bitəcəyini proqnozlaşdırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
50
icma.az

10Mənbələr