Qırğızıstan Müdafiə Nazirliyinə məxsus “Mi-8” helikopteri sərt eniş edib.
“Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Ekipaj həlak olmuş və xəsarət almış alpinistlərin təxliyəsi üçün uçuş həyata keçirirdi. Eniş yüksək dağlıq ərazidə və mürəkkəb meteoroloji şəraitdə həyata keçirilib.
Helikopterin göyərtəsində ekipaj üzvləri və təxliyə tapşırığının yerinə yetirilməsinə cəlb edilmiş dağ-xilasetmə sahəsi üzrə mütəxəssislər olub. Bütün sərnişinlər və ekipaj sağ qalıb, lakin bir neçə nəfər yüngül xəsarət alıb.