AZ

Salah yenə iş başında: Rekordlara doymur

İngiltərə Premyer Liqasının 1-ci tur oyununda "Liverpul" "Bornmut"u 4:2 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, "qırmızılar"ın heyətində fərqlənən futbolçulardan biri Məhəmməd Salah olub. Bu, onun üçün Premyer Liqadakı 187-ci qol olub. Bununla da Salah əfsanəvi Endi Koula çataraq liqa tarixində ən çox qol vuran oyunçular siyahısında 4-cü pilləyə yüksəlib.

Premyer Liqanın bombardirlərinin "ilk üçlüy"ündə Alan Şirer (260), Harri Keyn (213) və Ueyn Runi (208) qərarlaşıb.

Bundan əlavə, misirli hücumçu Premyer Liqa tarixində ilk tur oyunlarında 10 qol vuran ilk futbolçu olub. Salah, həmçinin "Liverpul"da keçirdiyi hər mövsümün start oyununda qol və ya məhsuldar ötürmə ilə yadda qalıb. Onun hesabında Premyer Liqanın ilk turunda 9 oyuna 10 qol və 5 assist var.

Seçilən
113
publika.az

1Mənbələr