AZ

“Putin heç nə əldə etməsə də, ABŞ ni öz iradəsinə tabe etdi” BOLTON

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Tramp-Putin görüşü ilə bağlı sərt tənqidlər səsləndirib. O, görüşün nəticəsiz olduğunu və ABŞ-nin strateji mövqeyinin zəiflədiyini bildirib.

Bolton, Putinlə görüşün ABŞ üçün strateji mənada uduzma olduğunu vurğulayıb: “Tramp uduzmadı, amma Putin açıq şəkildə qazandı”.

Bolton, görüşün Putin üçün böyük bir qələbə olduğunu qeyd edərək, “Putin heç nə əldə etməsə də, ABŞ-ni öz iradəsinə tabe etdi” - deyib. O, Trampın yorğun və tükənmiş göründüyünü də əlavə edib.

Görüşün nəticəsiz qalması və Trampın heç bir konkret razılaşma əldə etməməsi, Bolton tərəfindən ABŞ-nin zəif diplomatik mövqeyinin göstəricisi kimi qiymətləndirilib. O, görüşün ABŞ-nin strateji maraqlarına zidd olduğunu və Putin üçün böyük bir diplomatik qələbə olduğunu bildirib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
azpolitika.info

1Mənbələr