Son mövsümü Türkiyə çempionatının 1-ci liqa təmsilçisi “Çorum”da keçirən Coşqun Diniyev ordan ayrılandan sonra hələ də rəsmi şəkildə heç bir klubla anlaşmayıb.
Bəs futbolçu daha çox legioner həyatı yaşamağa üstünlük verir, yoxsa vətənə qayıtmaq istəyir?
Bu suala cavab verməyən 30 yaşlı yarımmüdafiəçinin atası Şahin Diniyev hazırda Azərbaycanda olan Coşquna hələ ki konkret təklifin olmadığını dedi.
Qeyd edək ki, Coşqun son iki mövsümü Türkiyənin 1-ci liqasında keçirib.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta