Bakı.Trend:
Bakının Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən2616 manat oğurlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talamacinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərəksaxlanılıb.
Bildirilib ki, şöbə əməkdaşlarının həyata keçirdikləri digərtədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuanada aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.