AZ

“Kəpəz” daha bir transferini açıqladı

“Kəpəz” daha bir yeni transferini açıqlayıb. Msport.az xəbər verir ki, Gəncə klubu Donqo Kresus Donaldla anlaşıb.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Donald son olaraq Belarusun BATE klubunda çıxış edib. O, BATE-də cəmi 7 oyun keçirib. Bu matçların heç birində 90 dəqiqə meydanda olmayıb.

22 yaşlı futbolçu bundan əvvəl Belarusda Mogilyov “Dnepr”də də oynayıb.

Seçilən
42
msport.az

1Mənbələr