AZ

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bakı. Trend:

Avqustun 20-dən etibarən müəllimlərin işə qəbulu üzrəmüsabiqənin müsahibə mərhələsinə başlanılır.

Trendxəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumatyayıb.

Bildirilib ki, ümumilikdə 3957 namizədin dəvət olunduğumüsahibələr avqust ayının 26-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixolojihazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraqmüvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsindəuğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əməkmüqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdəmüsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakantyerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətlimüqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Seçilən
98
28
az.trend.az

5Mənbələr