AZ

Avqustun 16 na keçən gecə Rusiya Ukrayna ərazisinə raket və 85 PUA buraxıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avqustun 16-na keçən gecə Rusiya yenidən Ukraynaya hücum edərək, ölkəyə “İsgəndər-M” ballistik raketi və 85 “Shahed” hücum pilotsuz təyyarəsi və pilotsuz təyyarə imitasiyasını buraxıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, zərbələr Rusiya Federasiyasının Kursk, Oryol, Rostov vilayətləri, eləcə də Krım ərazisindən endirilib.

Sumi, Donetsk, Çerniqov və Dnepropetrovsk vilayətlərinin əraziləri hücuma məruz qalıb. Ukrayna hərbçiləri 61 PUA-nın qarşısını alaraq zərərsizləşdirə biliblər.

Xatırladaq ki, avqustun 15-dən 16-na keçən gecə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında sammit keçirilib və orada Ukraynada atəşkəslə bağlı mümkün razılaşma müzakirə olunub.

Lakin danışıqlar zamanı heç bir razılaşma əldə olunmayıb. Buna baxmayaraq, jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, demək olar ki, bütün məqamlarda mühüm irəliləyiş əldə olunub. Daha sonra ABŞ prezidenti Ukrayna prezidenti Vladimir Zelenskiyə Putinlə razılaşmağı tövsiyə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
50
bizimyol.info

10Mənbələr