AZ

“Mövsümün hakimi” – Niyə Əliyar Ağayev?

Dünən Azərbaycan Premyer Liqasının “Karvan Yevlax” – “Qəbələ” oyunundan (1:1) öncə kiçik mərasim də baş tutdu. Msport.az xəbər verir ki, Tofiq Bəhramovun adını daşıyan mükafat ötən mövsümün ən yaxşı hakiminə təqdim olundu.

Stadionun diktoru AFFA-nın baş katibi Cahangir Fərəcullayevin də mükafatlandırma mərasimində iştirak etdiyini desə də, əslində o, arenaya oyunun başlamasından 4-5 dəqiqə sonra gəlib çıxdı. Mükafatlandırma mərasimində isə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker, AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev və ötənlərin tanınmış hakimi Rüstəm Rəhimov iştirak edirdilər.

Mövsümün ən yaxşı hakimi mükafatı Əliyar Ağayevə veriləndə açığı, bu, bir qədər təəccübümüzə səbəb oldu.  Axı bir ərzində azərbaycanlı referilərdən Elçin Məsiyev digər həmkarlarından aşkar şəkildə fərqləndi. O, FİFA I kateqoriya hakimləri sırasına yüksəldi, iyunda U-21-lərin Avropa çempionatının final mərhələsinə təyin aldı,  bu günlərdə isə UEFA Superkuboku uğrunda PSJ – “Tottenhem” matçında 4-cü hakim funksiyasını yerinə yetirdi. Deyə bilərsiniz ki, bu hadisələr mövsümdən sonra baş verib. İş orasındadır ki, Məsiyev məhz yaxşı performansına görə, UEFA tərəfindən belə önəmli matçlara təyinat aldı.

Əliyar Ağayev üçün ötən mövsümü elə də uğurlu saymaq olmaz. Düzdür, o, Çempionlar Liqasının liqa mərhələsinin oyunlarında iş başında oldu. Lakin Azərbaycan kubokunda baş hakim olduğu “Neftçi”- “Sabah” qarşılaşmasında qonaqların xeyrinə verilməyən penalti böyük qalmaqala səbəb oldu. Nəticədə həmin oyunun VAR hakimi Rauf Allahverdiyev ömürlük hakimlikdən uzaqlaşdırıldı.

Seçilən
45
msport.az

1Mənbələr