Azərbaycan Premyer Liqasında 1=-ci turun oyunları davam edir. Msport.az xəbər verir ki, bu gün daha 2 görüş keçiriləcək.
Debütant “İmişli” Şamaxıda heyətini xeyli gücləndirən “Turan Tovuz”u qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.
Heyətini 80-90 faiz yeniləyən “Neftçi” günün ikinci oyununda “Şamaxı”nı qəbul edəcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
1-ci dövrə, 1-ci tur
16 avqust (şənbə)
17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Neftçi Arena”
17 avqust (bazar)
20:30. “Sumqayıt” – “Kəpəz”
19 avqust (çərşənbə axşamı)
20:00. “Zirə” – “Araz-Naxçıvan”
15 avqust (cümə)
“Karvan” – “Qəbələ” – 1:1
Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.