AZ

Melaniya Tramp əri vasitəsilə Putinə məktub çatdırıb “Reuters”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melaniyanın məktubunu verib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin adı açıqlanmayan iki rəsmisinə istinadən məlumat yayıb.

Onlar mesajın məzmununu təqdim etməyiblər və yalnız bunun Ukraynadakı münaqişə zamanı oğurlandığı iddia edilən uşaqların taleyinə aid olduğunu bildiriblər.

Agentlik qeyd edib ki, Melaniya Trampın özü cümə günü iki liderin görüşdüyü Ankoric səfəri zamanı ərini müşayiət etməyib.

Rusiya dəfələrlə Kiyev və Qərb ölkələrinin Moskvanın Ukraynadakı hərbi əməliyyatlar ərazisindən azyaşlıları oğurlaması ilə bağlı iddialarını təkzib edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya tərəfinin səyləri Kiyev rejiminin iddia etdiyi kimi oğurluq və ya deportasiya deyil, uşaqları xilas etmək və müharibə zonasından çıxarmaq məqsədi daşıyır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
28
bizimyol.info

10Mənbələr