ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Livanda hökumətlə Hizbullah arasında tərksilah məsələsi ilə bağlı gərginlik artır.
Bizimyol.info xəbər verir ki, Hizbullah lideri Naim Qassem dünən Beyrut hökumətini onlarla qarşı-qarşıya qalmaması barədə xəbərdarlıq edərək, belə bir vəziyyətdə Livanda sağ insan qalmayacağını bildirib.
"İşğal davam etdiyi müddətdə müqavimət silahlarını təslim etməyəcək və lazım gələrsə, nəyin bahasına olursa olsun, bu Amerika-İsrail layihəsinə qarşı çıxmaq üçün mübarizə aparacağıq", - deyib. Qassem hökuməti ölkəni "doymaq bilməyən İsrail təcavüzünə və ya hədsiz acgözlüyə malik ABŞ-ın zülmünə" təslim etməməyə çağırıb.
Qassem həmçinin vurğulayıb ki, Livan hökumətinin müqavimətin legitimliyini şübhə altına almağa haqqı yoxdur. Livan hökuməti Hizbullahın tərksilahı ilə bağlı həm Vaşinqton, həm də İran tərəfindən təzyiq altındadır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.