AZ

Tibb cins tanımır, bəs cəmiyyət? – Qadın həkimlərə yasaq olan SAHƏ

Azərbaycanda tibbin bir çox sahəsində qadın həkimlər uğurla fəaliyyət göstərir. Pediatriya, terapiya, hətta cərrahiyyədə belə qadın həkimlər adla tanınır. Amma bir sahə var ki, orada qadın həkim tapmaq, demək olar ki, mümkünsüzdür, ya da gündüz çıraqla gəzməlisən ki, tək-tük qarşına çıxa — andrologiya.

Maraqlıdır ki, ölkədə çoxsaylı kişi ginekoloqlar olduğu halda, niyə qadın androloqlar yox səviyyəsindədir? Necə olur ki, ginekologiya sahəsində ən savadlı və çox müraciət olunan həkimlər məhz kişilər olduğu halda androloq qadın tapılmır?

Andrologiya ayrıca ixtisas kimi tədris olunmur, adətən uroloji və ya cərrahi təhsildən sonra seçilir. Bu sahələr bizdə hələ də “kişilərin peşəsi” kimi qəbul olunur.

Androloq – kişilərdə cinsi problemləri (erkən boşalma, cinsi infeksiyalar, ereksiya problemləri və s.) müalicə edən, intim xəstəlikləri aradan qaldıran mütəxəssisdir. Çox vaxt androloqlar həm də uroloq kimi xidmət göstərirlər. Amma uroloqun həkim kimi funksiyaları daha genişdir, üstəlik hər iki cinsi müayinə və müalicə edə bilir.

Uzun axtarışlardan sonra Azərbaycanda 2 uroloq-androloq qadın həkim tapa bildik. Amma onlar da adlarından göründüyü kimi təkcə andrologiya sahəsi ilə kifayətlənsəydilər, yəqin indi həkim kabinetində mürgüləyirdilər.
 

Çünki özlərinin də etirafına görə, kişilər androloq qadına “ürək qızdırmırlar”. Bir çox kişi xəstə intim sağlamlıq problemini qadın həkimlə paylaşmaqdan çəkinir. Xüsusən də intim müayinələrdə özlərini kişi həkimlə daha rahat hiss edirlər. Bu da qadın androloq üçün pasiyent etimadını qazanmağı çətinləşdirir.


Məsələ burasındadır ki, problem təkcə bizim cəmiyyətdə deyil, Avropada, Yaponiya və Cənubi Koreyada da, hər nə qədər inkişaf etmiş olsalar da qadın androloqlara az rast gəlinir. Pasiyentlər burada da həkimin peşəkarlığından çox, cinsinə diqqət yetirirlər.

Şəfiqə Şəfa, Bizim Media

Seçilən
50
50
bizim.media

10Mənbələr