AZ

“Erin” qasırğası Atlantik okeanında 2-ci kateqoriyaya yüksəlib

Bakı. Trend:

Atlantik okeanında əmələ gələn “Erin” qasırğası Saffir-Simpsonşkalası üzrə 2-ci kateqoriyaya çatıb.

Trend-inməlumatına görə, bu barədə ABŞ Milli Qasırğaların İzlənilməsiMərkəzi bildirib.

Məlumata əsasən, qasırğa 27 km/saat sürətlə şimal-qərbə doğruirəliləyir. Təbii fəlakətin daxilində küləyin maksimal sürəti 44,4m/s-ə çatır.

"Erin" hazırda Britaniyanın ərazisi olan Anqilyadan 405 kmcənub-şərqdədir. Qasırğa ilə bağlı hələlik tufan xəbərdarlığıverilməyib.

Seçilən
72
9
az.trend.az

10Mənbələr