AZ

ABŞ Prezidenti: Ukrayna razılaşması indi Zelenskidən asılıdır

Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır.

 

Bunu ABŞ lideri Donald Tramp “Fox News”a müsahibəsində deyib: "Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır".

 

Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar.

 

Azərtac

Tarix: 16 Avqust 2025, 08:06   
Seçilən
26
12
pravda.az

7Mənbələr