BAKI, 16 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibə verib.
Teleqraf xəbər verir ki, KİV-in sualarını cavablandıran Ağ Ev rəhbəri bir sıra məqamlara toxunub.
O bildirib ki, Ukraynada nizamlanmaya dair sazişin bağlanması “kifayət qədər yüksək ehtimal”dır.
Bununla belə, D.Tramp Pusiya Prezidenti ilə görüşdən sonra razılıq və fikir ayrılıqlarının nə olduğunu söyləməkdən imtina edib.
O qeyd edib ki, Rusiyanın böyük nüvə potensialı var və bunu nəzərə almaq lazımdır.
D.Tramp vurğulayıb ki, Ukrayna münaqişəsinin nizamlanmasında Avropa ölkələri də “bir az” iştirak etməlidir.
O deyib: "Ukraynada nizamlanma üzrə razılığın əldə olunmasının mümkünlüyü indi Zelenski və Avropa ölkələrindən asılıdır".
D.Tramp bildirib ki, o, Ukrayna Prezidenti V.Zelenskiyə münaqişənin həlli üçün Rusiya ilə razılaşmanı tövsiyə edir.
AĞ Ev rəhbəri Rusiyanın iqtisadi uğurlarını yüksək qiymətləndirdiyini deyib və ABŞ-ı "top kimi qaynar" adlandırıb.
D.Tramp, Ukraynadan fərqli olaraq, Rusiyanı qüdrətli dövlət hesab etdiyini bildirib və Kiyevə “sövdələşməni” tövsiyə edib.