BAKI, 16 avqust. TELEQRAF
Yeni Zelandiyalılar işsizlik və zəif iqtisadiyyat fonunda ölkədən qaçırlar.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin statistika idarəsi məlumat yayıb.
Məlumata görə, son 12 ayda ölkədən gedən əhalinin sayı 71,8 min nəfər təşkil edib. Ölkəni tərk edənlərin üçdə biri 18-30 yaş arası gənclərdir. Hesabatda onların payı 38 faiz təşkil edib.
Analitiklər əhalinin ölkədən qaçmasını iqtisadi tənəzzüllə əlaqələndirirlər. Onların fikrincə, bu, ilk növbədə əmək məhsuldarlığının aşağı olması və ölkə rəhbərliyinin yanlış qərarları ilə bağlıdır.
Ölkənin iqtisadiyyat naziri Nikola Uillis hesab edir ki, iqtisadi tənəzzül mərkəzi bankın inflyasiya ilə aktiv mübarizəsi nəticəsində baş verib.