AZ

UEFA İsrail və Polşa klublarını cəzalandıracaq

BAKI, 16 avqust. TELEQRAF

UEFA İsrailin “Makkabi Hayfa” və Polşanın “Rakuv” klubları ilə bağlı araşdırmaya başlayıb.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, avqustun 14-də Macarıstanda keçirilən Konfrans Liqasının III təsnifat mərhələsinin “Makkabi” - “Rakuv” görüşündə israilli azarkeşlər tribunalarda “1939-cu ildən bəri qatillər” yazılmış pankart açıblar.

Məsələyə Polşa Prezidenti Karol Navroçki də sosial media hesabında münasibət bildirib: “Makkabi” azarkeşləri tərəfindən asılan qalmaqallı pankart İkinci Dünya Müharibəsinin qurbanı olmuş Polşa vətəndaşlarını, o cümlədən 3 milyon yəhudinin xatirəsini təhqir edir”.

Məlumata görə, israilli azarkeşlər ilk matçda polşalı fanatların nümayiş etdirdiyi pankarta cavab veriblər. Polyak azarkeşlər pankartda “İsrail öldürür, dünya isə susur” yazıblar.

UEFA-nın hər iki klubu cəzlandıracağı gözlənilir.

Qeyd edək ki, cavab oyununda 2:0 hesabı ilə qələbə qazanan Polşa təmsilçisi növbəti mərhələyə yüksəlib.

Seçilən
7
teleqraf.com

1Mənbələr