AZ

Putin evə qələbə ilə qayıdır? - "Alyaska zirvəsi"nin nəticələri

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışıqları Rusiya liderinin qələbəsi ilə başa çatıb. 

"Unikal" CNN-ə istinadən xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. 

"Tramp uduzmadı, amma Putin açıq şəkildə qalib gəldi. Münaqişə bitməkdən çox uzaqdır, amma mən deyərdim ki, Putin istədiyinin əksəriyyətinə nail oldu. Tramp isə çox az şeyə nail oldu", - deyə o qeyd edib. 

Diplomatın sözlərinə görə, Tramp görüşün nəticəsində yalnız yeni görüşlər haqqında razılaşma əldə edib, Rusiya isə öz növbəsində Ukraynada atəşkəsdən və yeni sanksiyalardan yayına bilib. Eyni zamanda, Putin əsas məqsədini - ABŞ ilə münasibətləri bərpa etmək üçün çox səy göstərib. 

Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında keçirilən "Alyaska zirvəsi" 2 saat 45 dəqiqəlik danışıqlardan sonra başa çatıb. Tramp və Putin daha sonra birgə mətbuat konfransı keçiriblər. Jurnalistlərin sualları cavabsız qalıb. 

Daha sonra Rusiya və Amerika nümayəndə heyətləri üçün nəzərdə tutulan nahar ləğv edilib. Tramp Ağ Evə, Putin isə Kremlə yola düşüb. 

Ağarza Elçinoğlu 

Seçilən
130
38
unikal.az

10Mənbələr