ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 16 avqust, AZƏRTAC
Putinlə görüşümüz məhsuldar keçdi.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, razılaşdırılmış bəzi məqamlar var. “Bir neçə böyük məsələdə razılamamışıq, amma bir qədər irəliləmişik. Beləliklə, razılaşma olana qədər heç bir razılaşma yoxdur. Bir azdan NATO-dakı həmkarlarımla danışacağam. Uyğun hesab etdiyim müxtəlif insanlara zəng edəcəyəm. Əlbəttə ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib, bugünkü görüş barədə ona məlumat verəcəm”, - deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.