Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.
Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət etdiyini də açıqlayıb.