“Rusiya Prezidenti Vladimir Putinlə çox məhsuldar görüşümüz oldu”.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə keçirilən sammitin yekunlarına dair mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib.
"Məncə, çox məhsuldar görüşümüz oldu. Razılaşdığımız çox, çox sayda məqamlar var idi", - deyə Tramp bildirib və əlavə edib.
"Bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik".
"Razılaşma yoxdur. Bir az sonra NATO-ya zəng edəcəyəm. Münasib hesab etdiyim müxtəlif şəxslərə və əlbəttə ki, Prezident Zelenskiyə zəng edib bugünkü görüş haqqında məlumat verəcəyəm", - ABŞ lideri deyib.