Vladimir Putinlə çox məhsuldar görüşümüz oldu.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat knfransında ABŞ Prezidenti Donald Tramp deyib.
"Məncə, çox məhsuldar görüşümüz oldu. Razılaşdığımız çox, çox sayda məqamlar var idi", deyə Tramp bildirib və əlavə edib.
"Bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik".