AZ

WSJ: Putin ənənəsini pozaraq Trampın xahişi ilə onun limuzininə keçib

Rusiya Prezidenti Vladimir Putin xaricdə öz avtomobilində hərəkət etmək ənənəsini pozaraq Amerika lideri Donald Trampın dəvəti ilə onun limuzininə keçib.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib.

Nəşr qeyd edib ki, danışıqlar yerinə "The Beast" ləqəbli zirehli "Cadillac One" ilə birgə getmək təklifi Tramp tərəfindən irəli sürülüb.

Vurğulanıb ki, Putin, adətən, dünyanın istənilən nöqtəsində öz nəqliyyat vasitəsində hərəkət edir. Bu dəfə də Rusiya dövlət başçısının Alyaskaya gəldikdən sonra görüşə 2018-ci ildən bəri müxtəlif modifikasiyalarda istifadə etdiyi yerli "Aurus" avtomobilində getməsi üçün hər şey hazır idi.

Seçilən
8
2
report.az

5Mənbələr