Türkiyədə ana azyaşlılarını qızlarını bıçaqlayaraq, intihar edib.
Ölkə.az Lent.az-a istinadla bildirir ki, hadisə İzmir şəhərində baş verib.
Havin Gün yaşadıqları evdə qızları – 2 yaşlı Avşin və 2 yaşlı Nevşini bıçaqlayıb. Daha sonra həmin bıçaqla özünə də xəsarət yetirib. Səs-küyü eşidən qonşular dərhal təcili tibbi yardım və polisə xəbər veriblər. Yaralılar xəstəxanaya aparılıb.
Lakin Avşin burada dünyasını dəyişib. Bundan sonra onun digər bacısı Nevşin və anası ayrı-ayrı xəstəxanalara köçürülüblər. Görülən tədbirlərə baxmayaraq, ana Havin Gün də həyatını itirib. Digər yaralının müalicəsi davam edir.
Hadisə ilə bağlı uşaqların atası C.G. saxlanılaraq, ifadəsi alınıb. Sonra isə sərbəst buraxılıb.
Araşdırmalara davam etdirilir.