AZ

Putin və Trampın Alyaskadakı mətbuat konfransı sinxron tərcümə ilə keçiriləcək

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp mətbuat konfransında sinxron tərcümə ilə anlaşacaqlar.

"Report" bu barədə xarici mediaya istinadən xəbər verir.

Görüşün nəticələrinə dair liderlərin çıxışı üçün Elmendorf-Riçardson hərbi bazasında "Arctic Warrior" konqres mərkəzinin otaqlarından biri hazırlanıb.

Kiçik səhnədə iki tribuna quraşdırılıb, zalda isə Rusiya və Amerika mediası nümayəndələri üçün stullar yerləşdirilib. Ümumilikdə, zal təxminən 200 jurnalist, o cümlədən teleoperatorlar üçün nəzərdə tutulub. Stulların yanına tərcümə üçün qulaqlıqlıqlar yerləşdirilib.

Liderlər də bir-birlərini qulaqlıqlar vasitəsilə sinxron tərcümədə eşidə biləcəklər.

Qeyd edək ki, liderlərin görüşü 3 satadan çoxdur, davam edir və tezliklə bitməsi gözlənilmir.

Seçilən
14
1
report.az

2Mənbələr