BAKI, 16 avqust. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında Alyaskada keçirilən görüşü Qərb mediasını lap dəli edib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Telegram kanalında Alyaska görüşünü şərh edərkən yazıb.
Rusiyalı diplomat vurğulayıb ki, üç ildir Qərb mediası Rusiyanın qlobal arenadan təcrid olunmasını tirajlayır: “Amma bu gün Putin qırmızı xalçada qarşılanır”.