FÜZULİ, 16 avqust. TELEQRAF
Füzulidə baş verən yol qəzası zamanı sürücü ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Böyük Bəhmənli kəndi ərazisində Fin qəsəbə sakini Nadir İmanoğlu idarə etdiyi “VAZ2107” markalı avtomobili yol kənarındakı ağaca çırpıb.
Qəza zamanı N.İmanoğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.