Ağ Ev ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin görüşündən ikinci fotonu paylaşaraq onu “tarixi an” kimi qiymətləndirib.
AFN.az xəbər verir ki, foto Ağ Evin X hesabında yayılıb. Görüntüdə liderlərin fəxri qarovulun müşayiəti ilə qırmızı xalça üzərindən yanaşı keçdiyi əks olunub.
Ağ Ev bu paylaşımı iki ölkə arasında mühüm diplomatik məqam kimi təqdim edib.