AZ

Küveytdə saxta spirtli içkilər səbəbilə son bir həftədə 23 nəfər ölüb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Küveytdə bir həftə ərzində 23 nəfər saxta spirtli içki içməsi səbəbilə dünyasını dəyişib.

APA xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Tərkibində metanol olan spirtli içkilərin qəbulu nəticəsində zəhərlənmə hallarının sayı 160-a. Bu cür içkilər 23 nəfərin ölümünə səbəb olub”, - nazirliyin məlumatında deyilir.

Məlumata görə, qurbanların əksəriyyəti Asiya ölkələrindəndir. Zərərçəkənlərin əksəriyyəti reanimasiyadadır.

Qeyd edək ki, Küveytdə ictimai yerlərdə spirtli içkilərin satışı və içilməsi qadağandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
apa.az

2Mənbələr