AZ

"Əl-Nəsr" Kinqsli Koman ilə üçillik müqavilə imzalayıb

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Almaniyanın "Bavariya" klubunun 29 yaşlı yarımmüdafiəçisi Kinqsli Koman ilə müqavilə imzalayıb.

"Report"un məlumatına görə, bu barədə klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilə qədər imzalanıb.

Qeyd edək ki, daha əvvəl KİV-də "Əl-Nəsr"in Komanın transferi üçün 30 milyon avro ödədiyi barədə məlumat yayılmışdı.

Seçilən
4
report.az

1Mənbələr