AZ

ABŞ Alyaskadakı layihələrdə Rusiyanın nüvə buzqıran gəmilərindən istifadəni müzakirə edib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ administrasiyası Alyaskada qaz və LNG layihələrinin inkişafını dəstəkləmək üçün Rusiya nüvə buzqıran gəmilərinin mümkün istifadəsini müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadən bildirib.

Məlumata görə, bu layihənin müzakirəsi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün nəticəsi ola biləcək mümkün sövdələşmə çərçivəsində Ağ Ev rəsmiləri arasında aparılıb.

Xatırladaq ki, sammit ərəfəsində "The Daily Telegraph" qəzeti ABŞ-nin Rusiyaya Alyaskada xammal yataqlarının işlənməsini təklif etmək niyyətində olduğunu yazmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
azpolitika.info

4Mənbələr