Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Moskva şəhərində qeydə alınıb.
3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, uşağın atası əslən Cəlilabad rayonundandır.
O, uzun müddətdir ki, Rusiyada yaşayır.