AZ

“Rusiya danışıqlar günü də öldürür” - Zelenski

Rusiya ordusu Alyaskada danışıqların keçirildiyi gün belə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil edərək, mülki şəxsləri öldürməyə davam edir. Moskva müharibəni bitirməyə hazır olduğuna dair heç bir siqnal vermir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüşə hansı məqsədlərlə yollandığı barədə kəşfiyyat və diplomatlardan məlumatlar alır. Paralel olaraq isə ölkənin müxtəlif bölgələrindən Rusiyanın hücumları barədə xəbərlər gəlir. Sezar pizza

“Sum - mərkəzi bazara zərbə. Dnepr vilayəti - şəhərlərə və müəssisələrə hücumlar. Zaporojye, Xerson, Donetsk - məqsədli hücumlardır. Müharibə davam edir.

ABŞ və Avropa ilə danışdıq ki, həqiqətən nə effektiv ola bilər?! Hər kəs müharibənin ədalətli sonunu istəyir. Ukrayna bu məqsədlə səmərəli işləməyə hazırdır. Güclü Amerika mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq, çünki Rusiya gücə baxır, məhz gücü nəzərə alır”, - deyə Zelenski bildirib./Axar.az


Telegram kanalımız
Seçilən
15
3
yenisabah.az

4Mənbələr