AZ

Tramp və Putinin görüşü başladı – VİDEO

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə eyni vaxtda təyyarələrindən eniblər.

Heftelik.az xəbər verir ki, liderlər əl sıxışaraq bir-birlərini salamlayıblar.

Qısa söhbət etdikdən və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.

Elmendorf-Riçardson hərbi bazasındakı  keçirilən görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.

Qeyd edək ki, Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.

Seçilən
99
50
heftelik.az

10Mənbələr