ain.az, Bizimyol saytına istinadən bildirir.
Gömrük İdarəsi Gürcüstan vətəndaşının Azərbaycana gələrkən idarə etdiyi və Qazax rayonu, 2-ci Şıxlı kəndində “Qırmızı körpü” gömrük postunun terminalında saxlanılan “Opel Astra” markalı avtomobilin “sahibsiz” elan olunması üçün məhkəməyə müraciət edib.
Bizimyol.info xəbər verir ki, Gürcüstan vətəndaşı Ramini İnasaridze bir 2014-cü ildə Qırmızı Körpü sərhəd-buraxılış məntəqəsindən Azərbaycana gəlib. “Opel Astra” markalı, JZZ958 dövlət nömrə nişanlı avtomobili də özü ilə Azərbaycan ərazisinə gətirib və 30 günlük müddət başa çatanda onu “Qırmızı Körpü” gömrük postunun dayanacağına yerləşdirib.
Həmin avtomobil o vaxtdan terminalda qaldığına görə Tovuz Gömrük İdarəsi onun sahibsiz hesab edilməsi və üzərində dövlət mülkiyyəti hüququnun tanınması üçün məhkəməyə müraciət edib.
Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi həmin avtomobilə 4000 manat qiymət qoyub.
Məhkəmədə bildirilib ki, araşdırma aparılıb və Ramini İnasaridzenin nəqliyyat vasitəsi olmadan Azərbaycanı tərk etdiyi müəyyənləşdirilib. Həmçinin onun Azərbaycanda olarkən hansısa cinayət və ya inzibati xəta törətməsi barədə məlumat qeydə alınmayıb.
Məhkəmə Tovuz Gömrük İdarəsinin ərizəsini təmin edib.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.