ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında "üçün üçə" formatında görüşü başlayıb.
Redaktor.az xəbər verir ki, toplanatı Alyanskanın Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında keçirilir.
Bundan sonra tərəflər arasında geniş tərkibli görüş baş tutacaq.
Qeyd edək ki, ABŞ nümayəndə heyətində dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və başqaları var.
Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və başqaları daxil olub.
Qeyd edək ki, Prezidentlər KİV-in suallarını cavablandırmaq istəməyiblər.
Müəllif: Qənirə Süleymanova