AZ

“Ferentsvaroş”la oyuna 24 saat qalmışa qədər...” – “Qarabağ”ın transfer üçün vaxtı daralır!

Bilindiyi kimi, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”la qarşılaşacaq. Komandalar arasında ilk oyun avqustun 19-u, saat 23.00-da Budapeştdə, cavab görüşü isə 27-si, saat 21.00-da Bakıda başlayacaq.

Məlumdu ki, “köhlən atlar” tarixində ilkə imza ataraq turnirin təsnifat mərhələlərinin bütün matçlarında qələbə qazanıb. 4 matçda 10 qol vuran komanda qapısında cəmi 1 dəfə top görüb. Ancaq azarkeşlərin narahatlığı davam edir. Səbəb bəllidi: komandaya ən qısa müddətdə legioner mərkəz hücumçusu transfer olunmalıdı!

Bəs “Qarabağ”ın “Ferentsvaroş”la oyuna qədər hücumçu transfer etməsi mümkündü? Bu alınsa, həmin futbolçunun adına iştirak ərizəsinə salına biləcəkmi?

“Football-plus.az”ın sualını “Qarabağ”la əlaqələrə malik təcrübəli menecer Tural Əsgərli cavabladı:
"Düzü, “Qarabağ”ın mərkəz hücumçusu transfer etmək yönündə işlərinin nə yerdə qaldığından xəbərim yoxdu. Amma hansısa transfer baş tutsa, həmin futbolçunu “Ferentsvaroş”la oyuna 24 saat qalmışa qədər iştirak ərizəsinə əlavə etmək mümkün olacaq”.
KƏNAN BAHADIR
Seçilən
21
1
football-plus.az

2Mənbələr