AZ

Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub

Pakistanda leysan yağışlardan sonra daşqın və sürüşmə nəticəsində 219 nəfər ölüb, 28 nəfər yaralanıb.Bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumatda təbii fəlakətlər nəticəsində Hayber Paxtunxva əyalətində 200, Gilgit-Baltistan əyalətində 10, Azad Kəşmir əyalətində isə 9 nəfərin öldüyü, 116 ev təsərrüfatına ziyan dəydiyi bildirilib.

Agentlik qeyri-sabit hava şəraitinin davam etdiyi müddətdə ölənlərin sayının artacağının gözlənildiyini açıqlayıb.

Seçilən
3
5
anews.az

6Mənbələr