"Barselona" futbolçusu Jül Kunde ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı fransalı müdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir. Onun "Barselona" ilə əvvəlki müqaviləsi isə 2027-ci ilin iyun ayına qədər olub.
Qeyd edək ki, Kunde ötən mövsüm "Barselona"da bütün yarışlarda 53 matçda iştirak edib və 4 qol vurub, 8 qolun ötürməsini edib.