AZ

Tramp Alyaskadan Vaşinqtona tez qayıda bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqların "çox yaxşı" keçəcəyini düşünür.

Moderator.az-ın xəbərinə görə, bunu Tramp Vaşinqtondan Ankoricə uçan təyyarənin göyərtəsində "Fox News" telekanalına müsahibəsində deyib.

Bununla yanaşı, o, bir daha vurğulayıb ki, əgər indiki ABŞ-Rusiya sammiti uğurlu olmasa, Vaşinqtona tez qayıtmağa hazırdır.

Ağ Evin rəhbəri əlavə edib ki, Ukraynada atəşkəsin tez bir zamanda əldə olunmasını istəyir:

"Əgər bu alınmasa, narazı qalacağam. Mən sadəcə insanların öldürülməsinin dayandırılmasını istəyirəm".

Seçilən
18
1
moderator.az

2Mənbələr