Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Alyaskada eniş edib.
Axar.az xəbər verir ki, bu barədə “Flightradar24” portalının məlumatında deyilir.
Prezident “Tu-214” təyyarəsində Ankoric şəhərinə eniş edib.
Burada dövlət başçısı amerikalı həmkarı Donald Trampla Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaq.