Evinizdə rütubət problemi varsa, bu təbii üsul sizi maraqlandıra bilər. Nəmlə bağlı kif və küf böyüməsi zamanla divarlara zərər verməklə yanaşı, sağlamlıq üçün də ciddi risk yaradır. Lakin bir bitki sayəsində bu problemi təbii yolla aradan qaldırmaq mümkündür.
E-saglam.az-ın məlumatına görə, divar və tavanlarda yığılan rütubət yalnız xoşagəlməz görünüş yaratmır, həm də burun tıxanıqlığı, allergiya və dəri xəstəliklərinə səbəb ola bilər. Qeyri-kafi havalandırma rütubəti artıraraq vəziyyəti daha da ağırlaşdırır. Buna görə də evdə həm rütubəti azaldan, həm də havanı təmizləyən təbii həllərə üstünlük vermək tövsiyə olunur.
Sadə, amma effektiv həll
Bağlarda tez-tez rast gəlinən sarmaşıq sadəcə dekorativ bitki deyil; havadakı kif sporlarını azaltmaqda da effektivdir. Aparılan tədqiqatlardan birində kiflənmiş çörəklə eyni mühitə qoyulan sarmaşıqlar kifin inkişafını əhəmiyyətli dərəcədə azaldıb. Bu xüsusiyyət sarmaşıqları evlərdə rütubətə qarşı ekoloji və təhlükəsiz bir alternativ halına gətirir.
Evdə havanı təmizləmək
Daha təmiz və təravətli bir mühit üçün sarmaşığı işıqlı bir küncə yerləşdirin. Müntəzəm qulluqla bu bitki yalnız daxili havanı təzələməyəcək, həm də rütubətin səbəb olduğu kifin qarşısını alacaq. Bu, həm sağlamlığınızı qoruyar, həm də evinizdə uzunmüddətli təravət təmin edər.
Tərcümə: Könül Oruc
E-saglam.az