AZ

Hizbullahdan təhdid: Qarşılaşma olarsa, ölkədə sağ qalan olmayacaq”

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Hizbullahın baş katibi Nəim Qasım Livan hökumətini təşkilatın tərksilahı məsələsində qarşıdurmadan çəkinməyə çağırıb. 

Globalinfo.az xəbər verir ki, Ərbəin mərasimi zamanı çıxış edən Qasım Hizbullaha qarşı cəbhə yaradılmasının ölkəni vətəndaş müharibəsinə sürükləyə biləcəyini bildirib.

“Əgər bizi tərksilah etməyə çalışsalar, Livanda sağ qalan olmayacaq. Bu halda bütün məsuliyyət hökumətin üzərinə düşəcək”, – deyə o vurğulayıb.

Qasım həmçinin silahların təhvil verilməsinə qarşı keçirilən etiraz aksiyalarının ABŞ səfirliyinə qədər uzana biləcəyi ilə hədələyib. Onun sözlərinə görə, bu aksiyalar hələlik “dialoq ümidi” ilə müvəqqəti dayandırılıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
34
globalinfo.az

10Mənbələr