Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin hansı hallarda verildiyi açıqlanıb.
Viral.az-ın məlumatına görə, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:
1. başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, yaxud ana;
Son Yazılar:
- Onlara da əsgərlikdən möhlət verilir – SİYAHI
- Lukaşenko Trampı buna görə təbrik etdi
- Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olundu
2. 3 və daha çox uşaq;
3. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvad;
4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);
5. 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.